QR CodeQR Code

ABŞ üçün "Ukrayna bizə önəmli deyil" demək çətin oldu!

16 Apr 2024 08:00

IslamTimes - Biz Ukraynanı hava hücumundan müdafiə imkanları ilə təmin edirdik. Təəssüf ki, hazırda bunu edə bilmirik.


Axar.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynaya raket hücumlarını nə üçün birbaşa dəf etməməsi ilə bağlı suala cavabında deyib.

“Mən bu sualı gözləyirdim. Fərqli münaqişələr, fərqli hava məkanı, fərqli təhlükə mənzərəsi", - Kirbi bildirib.

O xatırladıb ki, Ağ Ev rəhbəri Co Bayden Ukraynadakı münaqişənin əvvəlindən ABŞ-ın münaqişəyə “döyüş rolunda” qarışmaq niyyətində olmadığını açıq şəkildə bildirib.

Qeyd edək ki, İsrailə PUA və raket hücumlarının dəf edilməsində iştirak edən ABŞ ordusunun nə üçün Ukrayna konfliktində belə rol almaması ilə bağlı müəyyən suallar yaranıb.


Story Code: 1128958

News Link :
https://www.islamtimes.org/az/news/1128958/abş-üçün-ukrayna-bizə-önəmli-deyil-demək-çətin-oldu

Islam Times
  https://www.islamtimes.org