QR CodeQR Code

İlon Mask ABŞ hakimiyyətinin miqrasiya siyasətini tənqid edib

17 Apr 2024 01:04

IslamTimes - “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, milyarder İlon Mask son üç ildə 7 milyondan çox qeyri-qanuni miqrantın ölkəyə daxil olmasına imkan verən ABŞ hakimiyyətinin miqrasiya siyasətini tənqid edib.


“Report” xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Özüm bir mühacir olaraq, qanuni immiqrasiyaya çox müsbət baxıram, lakin milyonlarla yoxlanılmamış insanın ABŞ-a girməsinə icazə vermək ağılsızlıqdır”, - deyə Mask qeyd edib.

Mask qeyd edib ki, son üç il ərzində ABŞ-a daxil olan qeyri-qanuni miqrantların sayı (7,2 milyon - Qeyd) Amerikanın 36 ştatının əhalisini üstələyir.


Story Code: 1129170

News Link :
https://www.islamtimes.org/az/news/1129170/ilon-mask-abş-hakimiyyətinin-miqrasiya-siyasətini-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org