Erməni deputatı kilsədən qovdular – “Ərdoğanın köpəyi...”
22 Apr 2024 09:50
IslamTimes - Erməni icmasının nümayəndələri Türkiyə parlamentinin üzvü Karo Paylanı Los-Ancelesin Burbank şəhərindəki Qevondats kilsəsindən qovublar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Paylanı Los-Ancelesdə Ermənistan Baş naziri Nikol Paşinyanın qatı dəstəkçilərindən “Hnçakyan” Partiyasından Mihran Xaçaturyanın müşayiət etdiyi bildirilib.
Los-Ancelesin erməni icmasının nümayəndələri Paylanı “əclaf, türk, satqın, Ərdoğanın köpəyi” adlandırıblar.
Story Code: 1130320