QR CodeQR Code

İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO

22 Apr 2024 20:47

IslamTimes - İranda Rusiyanın “Mir” kartının qəbulu üzrə pilot layihənin həyata keçirilməsinə hazırlıq gedir. Bununla bağlı İranın Rusiyadakı səfirliyinin ticarət attaşesi Möhsün Rəhimi bildirib.


Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Həmçinin daha əvvəl İranın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri də məsələ ilə bağlı danışıb.

“Rusiyanın “Mir” kredit kartının İranda istifadəsinə qərar verilib və məncə, tezliklə aktivləşdiriləcək”, - deyə o bildirib.

Qeyd olunub ki, layihənin yazın sonu, payızın əvvəlində başlaması gözlənilir.


Story Code: 1130434

News Link :
https://www.islamtimes.org/az/news/1130434/iranda-rusiyanın-kredit-kartları-işləyəcək-foto

Islam Times
  https://www.islamtimes.org