Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
Story Code : 1130814
Axar.az xəbər verir ki, bunu KXDR xarici işlər nazirinin müavini İm Çxon İl deyib.
“Ukraynadakı döyüş meydanı uzun müddətdir ki, ABŞ və NATO-nun öyündüyü müxtəlif silahlar üçün qəbiristanlığa çevrilib. Buna baxmayaraq, Zelenski ABŞ-ın yeni hərbi yardım qərarına görə minnətdarlığını bildirərkən, ağılsızcasına Rusiyaya qarşı “ölümcül müqavimət”ini sona qədər davam etdirəcəyini söyləyir. Aydındır ki, Zelenski ölkə prezidenti deyil, ABŞ ssenarisi üzrə rol oynayan məşhur artistdir”, - o bildirib.