0
Wednesday 24 April 2024 - 15:33

Müəzzəm Rəhbər: "İnqilabın sütunu işçilərin əməyidir"

Story Code : 1130820
Müəzzəm Rəhbər: "İnqilabın sütunu işçilərin əməyidir"
Bu gün İranın dördbir tərəfindən əmək fəaliyyəti ilə məşğul olan bir qrup işçi "əmək" həftəsi münasibətilə İmam Xomeyni (r) hüseyniyyəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullahul-Uzma Xamenei Həzrətlərinin  görüşünə gediblər.
Müəzzəm Rəhbər bu görüşdə sıçrayışlı istehaslatın əsas sütununun işçilər olduğunu diqqətə çəkərək bu istehsal növünün baş verməsi ilə ölkə və xalqın varlanacağını, işçilərin cibləri və əlinin dolu olacağını buyurublar.
" Xalqın istehsal sferasında iştirakı və fəaliyyəti şəraiti və buna zəminə yaradılması ölkənin icraedici strukturunun mühüm vəzifəsidir"-O həzrət  əlavə edib.
İnqilab Rəhbəri daha sonra tətbiq edilmiş sanksiyaların məqsədinin İslam Respublikası Nizmını onların müstəmləkəçi və kolonist xətti ilə getməsi üçün sıxışdırcı vasitə olduğuna işarə edərək buyurublar:
"Məlumdur ki, İslam Quruluşu, İslam qeyrəti və İslam tarixinə malik əzəmətli xalqın belə bir məcburiyyət qarşısında tabe olması qeyri-mümkündür. Həmişəyaşar xalq düşmənin düşmənçiliyindən də özünə fürsət yaradar və bunun ən bariz nümunəsi ölkənin silah sənayesi sektorunda görmək olar. Əlbətdə digər sektorlar da təzyiqlər altında olmasına baxmayaraq böyük irəliləyişlər əldə olunub"
İslam İnqilabının Ali Məqamlı Rəhbəri sözünün davamında bildiriblər ki, sanksiyalar İran xalqını təslim edə bilməyəcək, çünki bu xalq, sərhədlərdən kənardan köməyə ürək bağlamayıb. Əlbətdə bu ruhu gücləndirmək lazımdı.
 
Source : SaharTV
Comment