QR CodeQR Code

İran Qəzzada soyqırımı dayandırmaq üçün təcili beynəlxalq tədbirlər görməsini tələb edib

إسلام تايمز , 24 Apr 2024 23:30

IslamTimes - İranın Cenevrədəki səfiri və beynəlxalq təşkilatlardakı nümayəndəsi Qəzzanın “Nasir” xəstəxanasında kütləvi məzarlığın aşkarlanmasından sonra Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına ünvanladığı məktubda, Fələstin xalqına qarşı İsrailin soyqırım cinayətinin dayandırılmasını və təcili beynəlxalq tədbirlər görülməsini tələb edib.


İranın Cenevrədəki səfiri və beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Əli Bəhreyni Qəzzanın “Nasir” xəstəxanasında kütləvi məzarlığın aşkar edilməsinə toxunaraq bu məktubda yazıb:

"İsrail beynəlxalq humanitar qanunları pozmaqla yanaşı, beynəlxalq insan haqlarını da pozub. İsrail rejiminə bir işğalçı dövlət kimi Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməsinin qarşısını almaq üçün güc tətbiq etmək qadağandır. (Birləşmiş Millətlər Təşkilatının 2625 saylı qətnaməsi). Digər tərəfdən, mövcud sübutlar göstərir ki, İsrail rejimi Aparteid Konvensiyasının A, C, D bəndlərinə və 2-ci maddəsinə zidd olaraq qeyri-insani hərəkətlər törətməkdə məsuliyyət daşıyır.


Story Code: 1130925

News Link :
https://www.islamtimes.org/az/news/1130925/iran-qəzzada-soyqırımı-dayandırmaq-üçün-təcili-beynəlxalq-tədbirlər-görməsini-tələb-edib

Islam Times
  https://www.islamtimes.org