0
Saturday 27 April 2024 - 08:42

Blinken işğalçı İsrailə səfər edəcək

Story Code : 1131426
Blinken işğalçı İsrailə səfər edəcək
ABŞ dövlət katibi Antoni Blinken gələn həftə Qəzza zolağında mülki əhalinin problemi ilə bağlı gərginliyin artması fonunda işğalçı İsrailə səfər edəcək.

Bu barədə "The New York Times" sionist rejim rəsmisinə istinadən xəbər yayıb.

Blinken, həmçinin Fələstində atəşkəsin əldə edilməsinə yönəlmiş danışıqların gedişatını müzakirə edəcək. Eləcə də işğalçı İsrailin Rəfahda planlaşdırdığı hərbi əməliyyat diqqət mərkəzində olacaq.

“The New York Times” qeyd edib ki, Qəzzada vəziyyət son həftələr daha da pisləşib, fələstinlilər başqa problemlə - həddindən artıq istilərlə üzləşiblər. İstilik, təmiz suyun olmaması İsrailin qədddar blokadası Qəzza əhalisi üçün həyatı acınacaqlı edib və xəstəliyin yayılması riskini artırıb".
Comment