0
Saturday 27 April 2024 - 09:10

ABŞ tankları Ukrayna cəbhəsindən niyə geri çəkilir?

Story Code : 1131434
ABŞ tankları Ukrayna cəbhəsindən niyə geri çəkilir?
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko "Abrams" tanklarının cəbhə xəttindən geri çəkilməsini şərh edərkən bildirib.

O qeyd edib ki, bunun səbəblərindən biri də Rusiya qoşunlarının PUA-lardan istifadə etməsidir.

Onun sözlərinə görə, hələ 2023-cü ilin əvvəlində o, Ukrayna Silahlı Qüvvələrində xidmətə girən Qərb istehsalı tankların hazırkı təhdidlər kontekstində zərurətə çevrilmiş əlavə mühafizə olmadan döyüş bölgəsinə göndərilməsindən təəccüblənib.

Kovalenkonun fikrincə, tankların geri çəkilməsi ilə bağlı məlumat təsdiqlənərsə, belə bir qərarda təəccüblü heç nə yoxdur.
Comment