0
Monday 29 April 2024 - 14:10

Fələstin hamilərinin yatırılması Qərbin əsl simasını üzə çıxardı

Story Code : 1131923
Fələstin hamilərinin yatırılması Qərbin əsl simasını üzə çıxardı
Seyid İbrahim Rəisi İranın nazirlər kabinetinin dünənki iclasında Amerika xüsusiyyyət təşkil etməklə Qərb universtitetlərində tələbələrin anti-sionist etirazlarının şiddətli şəkildə yatırılması, müəllim və tələbələrin döyülmələri və həbs olunmalarını söz azadlığı iddiaçılarının rüsvayçılıqlarından yeni bir səhifə adlandırıb.
Rəisi deyib: Bu gün Qəzzənin məzlum şəhidlərinin pak qanları hesabına Qərb sivilizasiyasının real siması dünya xalqları üçün daha çox aşkarlandı və məlum oldu ki, söz azadlığı iddiaçıları öz hökmranlıqlarını qorumaqdan başqa heç bir şeyə sadiq deyillər.
İran prezidenti sonra qərbli elitanın, müəllim və tələbələrin məzlum Qəzzə əhalisini himayə üzrə hərəkatını geniş miqyasa malik olan böyük bir hadisə adlandırıb və iddiaçı rolunda çıxış edən Qərbin əsl siması və mahiyyətinin üzə çıxarılması və göstərilməsində oynadıqları rola görə, medialara, xüsusən də milli mediaya təşəkkür edib.
Şübhəsiz, bu hərəkat və oyanış, Qəzzə məzlumlarının himayədarları olan tələbə və müəllimlərin həbs olunmaları, onlara qarşı zorakılığın tətbiq edilməsi və onların döyülməsi ilə müşayiət olunan zülm, cinayət və hegemonçuluq qarşısında sönməyəcəkdir- deyə, İran prezidenti vurğulayıb
 
Source : SaharTV
Comment