0
Saturday 11 May 2024 - 00:47

KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir

Story Code : 1134209
KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası işğalçı İsrailə hərbi yardım göndərməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə “NBC” televiziyası Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, son günlər sionist rejimə həm hücum, həm də müdafiə silahları, o cümlədən atıcı silahlar göndərilib.

Qeyd olunub ki, Baydenin ABŞ-ın Rəfah şəhərində böyük hərbi əməliyyat baş verəcəyi təqdirdə işğalçı İsrailə silah tədarükünü dayandıracağı ilə bağlı açıqlamaları, iki yaxın müttəfiq arasında yaranan fikir ayrılığı Amerika liderinin daxili tənqidlərini artırıb.

Bu sözlər həm də onun yüksək vəzifəli məmurlar arasında “qəzəb və daxili çəkişmələrə” səbəb olub.

ABŞ Müdafiə Nazirliyi daha əvvəl iddia edib ki, ABŞ hakimiyyəti keçən həftə Qəzzanın Rəfah şəhərində hərbi əməliyyat zamanı istifadə oluna biləcəyi ilə bağlı işğalçı İsrailə 3,5 aviasiya bombasının tədarükünü dayandırıb.
Comment