0
Monday 3 September 2012 - 16:24

Misir rəsmisi İslam Rəhbərinin Fələstin ilə bağlı təklifinə heyran olub

Story Code : 192431
Misir rəsmisi İslam Rəhbərinin Fələstin ilə bağlı təklifinə heyran olub
Misir rəsmisi İslam Rəhbərinin Fələstin ilə bağlı təklifinə heyran olub
Islam times.org/az/ - Fələstin məsələsinin mühümlüyü haqqında soruşulduqda isə o deyib: “Sionist rejimi onlara məxsus olmayan əraziləri zəbt ediblər.”
O Ayətullah Xameneinin referendum haqqında təklifini bəyəndiyini deyərək bildirib: “Mən bu təklifi çox bəyəndim. Həqiqətən də bu praktik və kanstruktiv bir təklifdir. Biz hamımız Fələstin üçün bunu istəyirik.”

O Ərəb ölkələrinin bu cür nəticəyə gəlməməkdə tənqid edərək deyib: “Həqiqi demokratiya referendumda gizlənib. Nəyə görə Sionistlər Fələstini işğal ediblər və referendum keçirilməsinin əleyhinədirlər?”

Abuşadi deyib: “Əgər bu təklif baş tutarsa, bu zaman biz vahid Fələstin görə bilərik.”

Sabiq Atom Enerjisi Agentliyinin inspektoru olan Misir rəsmisi daha sonra deyib: “Nüvə texnalogiyasından istifadə etmək hər bir xalqın haqqıdır və bəzi siyasətçilərin digər ölkələrin nüvə məsələsinə qarışması düzgün bir şey deyil və biz İranın dinc məqsədlər üçün inkişaf etdiridiyi nüvə fəaliyyətinə qarşı müxalifətçiliyi görürük.
İran heç vaxt nüvə silahı istehsal etmək fikrində olmayıb. Necə ki, bu ölkənin ali dini lideri nüvə silahına sahib olmağı böyük günah adlandırıb.”

Abuşadi heç bir ölkəyə dinc məqsədlər üçün nüvə fəaliyyətilə məşğul olanlara qadağa qoymaq ixtiyarının verilmədiyini deyib. Bugün 12-də artıq ölkə nüvə texnalogiyasından istifadə edir və Amerika İran kimi bu cür ölkələrin sülh yönümlü nüvə fəaliyyətin qarşı çıxır.
Source : İslamtimes
Comment