QR CodeQR Code

Əsgər ölümü ilə bağlı Ankarada yürüş keçib

13 Jan 2013 10:02

IslamTimes - Ankarada yaşayan Azərbaycan icmasının üzvləri Ceyhun Qubadovun ölümü və Azərbaycan ordusunda baş verən ölüm hadisələrinə etirazını bildiriblər.


İştirakçılar “Şəhidim, haqqını halal et bizə!”, “Analar ayağa qalxın”, “Şəhidin qatili hesab verəcək”, şüarlarını gəzdiriblər, BBC Azərbaycancaya hadisələri izləyən jurnalist İlhamə Qasımlı xəbər verib.

Etirazı təşkil edən "Azərbaycanlı Tələbə Məzunları Birliyi" tədbirdə onlarla adamın iştirak etdiyini bildirib.

Aksiya iştirakçılarına müraciət edən Azərbaycan səfilriyinin nümayəndəsi yürüş tələblərini müzakirə etmək üçün fəalları səfirliyə dəvət edib.

Polis aksiyanı kənardan müşahiə edib. /Deyerler/


Story Code: 230697

News Link :
https://www.islamtimes.org/az/news/230697/əsgər-ölümü-ilə-bağlı-ankarada-yürüş-keçib

Islam Times
  https://www.islamtimes.org