QR CodeQR Code

İsrailin "dəmir günbəz"lə bağlı yalanı

11 Mar 2013 13:42

IslamTimes - İki İsrail, bir ABŞ ekspertinin araşdırmaları göstərir ki, dəmir günbəz sistemi Fələstindən atılan Qrad raketlərinin yalnız 5%-nin qarşısını ala bilər.


Sionist rejim başçıları raket əleyhinə dəmir günbəz sistemi ilə bağlı həqiqətdən uzaq məlumat yayıblar. Təhlükəsizlik üzrə ekspert və İsrail HHQ-nin sabiq pilotu Robin Buddhists Haartezdəki məqaləsində yazır: İki İsrail, bir ABŞ ekspertinin araşdırmaları göstərir ki, dəmir günbəz sistemi Fələstindən atılan Qrad raketlərinin yalnız 5%-nin qarşısını ala bilər. Hansı ki, ordu komandanlığı raketlərin 84%-nin vurulduğunu bildirir.
 
Buddhists amerikalı ekspert Teodor Bustolun sözlərini yada salır: "İsrailin dəmir günbəz sistemi Fələstindən atılan raketlərin yalnız 5%-ni əngəlləyə bilər."
 
Məqalədə deyilir: "Ekspert ayrıca araşdırmasında son müharibənin videolarını izləyib və belə bir qənaətə gəlib ki, ekrandakı partlayışlar İsrailin öz raketlərinin partlayışıdır." Fələstin raketlərinin dağıtdığı 3200 obyektin yenidənqurulması işləri aparılır.
 
Ekspert bu əsasla etiraz edir ki, ordunun etiraf etdiyi 58 raket bu qədər dağıntıya səbəb ola bilməz.
 
Buddhists öz araşdırmasında belə bir nöqtəyə toxunur: "Ekspertlər elan olunmuş rəqəmləri müqayisə etdikdən sonra İsrail ordu komandanlığının hesabatlarını şübhə altına alır. İsrail birinci Fars körfəzi müharibəsində elan etmişdi ki, Patriot sistemi İraq raketlərinin 96%-ni zərərsizləşdirib. Amerikalı ekspert isə İraq raketləri qarşısında Patriotun işini sıfıra bərabər sayır.


Story Code: 245988

News Link :
https://www.islamtimes.org/az/news/245988/israilin-dəmir-günbəz-lə-bağlı-yalanı

Islam Times
  https://www.islamtimes.org