0
Saturday 20 July 2013 - 13:51

Xaricilər İsrail cinayətlərinin üstünü örtmək üçün şiə-sünni münaqişəsini qızışdırırlar

Story Code : 285032
Xaricilər İsrail cinayətlərinin üstünü örtmək üçün şiə-sünni münaqişəsini qızışdırırlar
Xaricilər İsrail cinayətlərinin üstünü örtmək üçün şiə-sünni münaqişəsini qızışdırırlar
Islam times.org/az/ - Fələstin hakimiyyətinin rəhbəri Mahmud Abbas ilə görüşən İranlı səfir ona Həsən Ruhaninin prezident seçilməsi münasibəti ilə göndərdiyi təbrik məktubuna cavab olaraq təşəkkür mesajını çatdırıb.

Muslihzadə deyib: “Açıq-aşkar bir məsələdir ki, düşmənlər İsrail cinayətlərini və müsəlman dünyasının əsas problemi olan Fələstin məsələsinin üstünü örtmək üçün etnik və şiə-sünni qarşıdurmasını yaratmaq istəyirlər.”

Bəzi regional dövlətlərdə mövcud olan qeyri stabilliyə, münaqişəyə və vətəndaş müharibəsinə toxunan İranlı nümayəndə deyib ki, xüsusi regional dövlətlər və sələfilər də daxil olmaqla ekstremist qruplar təhlükə yaradırlar və regionda qırğınlar törədirlər.

Muslihzadə qeyd edərək bildirib: “İran İslam Respublikası münaqişələri hərbi tədbirlər görmək, tərəflər arasında dialoqlar təşkil etmək, seçkilər təşkil etmək, ictimaiyyətin tələbləri əsasında islahatların keçirilməsi vasitəsilə həll edilməsini üstün tutur.”

Abbas isə öz növbəsində Ruhaninin mesajını yüksək dəyərləndirmiş və ona uğurlar arzu etmişdir.
Regional məsələlərə gəldikdə isə Abbas Fələstin məsələsinin müsəlman dünyasının bir nömrəli problemi olduğunu deyib. O həmçinin Suriyada mövcud olan vəziyyəti çox narahatedici adlandırmış və ərəb ölkəsində mövcud olan münaqişəni tez bir zamanda sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulamışdır.

Abbas həmçinin deyib ki, ekstremistlər region dövlətləri üçün kabusa çevriliblər, çünki onlar müsəlmanlar arasında anlaşma olduğu halda sünni-şiə münaqişəsini salırlar.
Source : Islamtimes
Comment