0
Monday 5 July 2010 - 07:05

Klintonun ikibaşlı bəyanatı

Story Code : 30112
Klinton Bakıda
Klinton Bakıda
Amerikanın dövlət katibi Hillari Klinton Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Hava Limanında Hillari Klintonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıblar.
Toronto sammiti zamanı ABŞ, Rusiya və Fransa prezidentləri Bakını və İrəvanı münaqişəni dinc yollarla həll etməyə çağırıblar.
Prezident İlham Əliyev İyulun 4-də Azərbaycanda rəsmi səfərdə olan ABŞ dövlət katibi Hillari Klintonu qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunub. Qeyd edək ki, H. Klinton Bakıdan sonra İrəvan və Tiflisə səfər edəcək.
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz hesab edirik ki, problem güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsasında həll olunmalıdır”. Bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. Klintonun həm ərazi bütövlüyü, həm də xalqların öz müqəddəratını təyin etməsi prinsiplərini dilə gətirməsi Ağ Evin həmişəki ikibaşlı siyasətindən danışır.
Comment