QR CodeQR Code

DAESH-dən kənarlaşmış səudiyyəli gəncin etirafı

9 Mar 2014 00:29

IslamTimes - Suriyaya cihad və şəhadət ardınca getmiş gənc deyib ki, orada cihad deyilən bir şey görmədim.


Bu gənc Suriyada bir müddət vuruşduqdan sonra məxfi şəkildə DAESH qruplaşmasını tərk edib və ölkəsinə qayıdıb. O Suriyada vuruşanlarla bağlı ifşaedici məlumatlar verib. Süleyman Səud əl Səbii adlı bu gənc Əl-Əvla şəbəkəsi ilə söhbətində Suriyadakı vəziyyətlə bağlı danışıb. O deyib ki, informasiya şəbəkələrində deyilənlər həqiqətdən uzaqdır, Suriyada cihad deyilən bir şey yoxdur. Süleyman deyib: Cihad məqsədi ilə Suriyaya gedənlərdə yanlış təsəvvür var.

25 yaşlı bu gənc əksər Suriyaya gedən mübarizlər haqqında deyib ki, bu adamlar qətlə yetirilmiş yaxınlarının intiqamını almaq istəyir. Süleymanın fikrincə Suriyada döyüşənlər üçün bu ölkədə baş verən hadisələrin mahiyyəti maraqlı deyil.

Süleyman deyib: Mən Qətərdən keçib Türkiyəyə daxil oldum. Məqsədim Ən-Nüsrə cəbhəsinə qoşulmaq idi. Amma Suriyaya çatanda özümü DAESH sıralarında gördüm.

Süleyman deyib ki, məqsədi şəhadətə çatmaq olub. Amma Suriyada cihad deyilən bir şey görməyib.

Bu müsahibədən sonra Səudiyyəli gənc öz yaşıdlarına müraciət edərək onları Suriyaya getməməyə çağırıb. Süleyman deyib ki, yaşı 21-dən aşağı olan gənclərin ölkədən çıxması üçün valideynin icazəsinə ehtiyacı var. Yeniyetmələrin Suriyaya kütləvi axını Süleymanı təəccübləndirir. Süleyman Riyazlı olsa da Ərəbistandan Suriyaya neçə gəncin getdiyindən xəbərsizdir. O həqiqəti gördükdən sonra DAESH-in hərbi düşərgəsini gizli tərk etdiyini və özünü onun Türkiyədə gözləyən atasına çatdırdığını deyib.


Story Code: 359615

News Link :
https://www.islamtimes.org/az/news/359615/daesh-dən-kənarlaşmış-səudiyyəli-gəncin-etirafı

Islam Times
  https://www.islamtimes.org