QR CodeQR Code

Sovetskidə zülm davam edir

Islamtimes , 13 Mar 2014 14:22

İslamtimes - Sakinlərin sözlərini hakimiyyətdə oturanlar heç kim eşitmir və eşitmək istəmir.


Bakının Sovetski adlanan ərazisində sakinlərlə hakimiyyət arasında hələ də razılıq əldə olunmaması sadə insanların stres altında yaşamasına səbəb olub.

Hakimiyyət öz şərtlərini dəyişdirməyib, əvvəlki kimi hər kvadrat metrə 1500 manat təklif edir, xalq isə bundan narazıdır çünki həmin pulla heç Bakı ətrafında belə bir otaqlı ev ala bilməzlər.

Sakinlər bu vaxta qədər cəmi bir dəfə uğurlu etiraz aksiyası keçirdi, ondan sonra isə aksiya keçirmək üçün bütün cəhdlərinin qabağını polislər amansızlıqla aldı.

Son günlər isə polis evləri gəzir, bir qədər fəal olan gəncləri və lap elə yaşlıları da həbs edir, saxlayır, izahat alır, incidir. Bəzilərini isə hələ də 10 sutkadır qanunsuz olaraq həbsə saxlayır.

Sakinlərin sözlərini hakimiyyətdə oturanlar heç kim eşitmir və eşitmək istəmir. Zülm altında camaatın evlərindən çıxara biləcəyinə, bu evləri onların başına uçuracağına əliyev rejimi arxayındır.


Story Code: 361575

News Link :
https://www.islamtimes.org/az/news/361575/sovetskidə-zülm-davam-edir

Islam Times
  https://www.islamtimes.org