0
Friday 14 March 2014 - 00:10

Terrorizm dünya sülhü üçün əsas təhlükədir

Story Code : 361823
Terrorizm dünya sülhü üçün əsas təhlükədir
Terrorizm dünya sülhü üçün əsas təhlükədir
İranın xarici işlər nazirinin müavini Murtaza Sərmədi çərşənbə günü İraqın paytaxtı Bağdadda təşkil edilən beynəlxalq anti-terrorizm konfransında çıxışı zamanı deyib: “Terrorizim həyatı, təhlükəsizliyi və müxtəlif mövqedə olan insanların rahatlığını pozan və təhlükəyə atan bir fenomendir.”

O daha sonra terrorizm ilə mübarizədə ayrıseçklik və seçmə həll yolunu rədd etmiş və demişdir ki, bir ovuc ölkələr öz maraqları naminə dünya sülhü və təhlükəsizliyinə təhdid olan terrorizm ilə mübarizədə maneəyə çevrilməməlidirlər.

O İsrail rejimi tərəfindən həyata keçirilən terror aktlarını Qərb dövlətlərinin “görə” bilmədikləri dövlət terrorizminə nümunə olduğunu bildirib.

O qeyd edərək bildirib ki, Qərb dövlətlərinin fəaliyyətsizliyi Tel Əviv rejiminin terror aktlarının davam etdirməsinin arxasında duran səbəbdir və beynəlxalq ictimaiyyət də bu cür cinayətlər ilə mübarizəyə süst yanaşır.

O həmçinin Qərb dövlətlərinin Suriyada mövcud olan terrorizm məsələsinə ziddiyətli baxışlarının olduğunu bildirmiş və demişdir ki, Tehran həmişədən müəyyən dövlətlərin terrorizmi “yaxşı” və “pisə” bölməklə ikili siyasət yürütməsini tənqid etmişdir.

Yanvar ayında ABŞ Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılara silah-sursat göndərmək üçün onları siniflərə bölmüşdülər.

Ölkənin cənubunda fəaliyyət göstərən üsyançılar Vaşinqton tərəfindən mötədil, xaricdən dəstək kimi təqdim edildiyi halda, Suriyada döyüşən digər üsyançılar isə ekstremist kimi təqdim edilmişdir.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançıları dəstəkləyirlər.
Source : Islamtimes
Comment