QR CodeQR Code

Yaxın Şərqin təhlükəsizliyi yolunda yeganə maneə İsraildir

Islamtimes , 8 Apr 2014 11:12

İslamtimes - İranın BMT-dəki nümayəndəsinin müavini Qulam Huseyn Dehqani İsraili Yaxın Şərqdə stabilliyin bərpa edilməsində və nüvə silahsız Yaxın Şərqin yaradılması yolunda yeganə maneə olduğunu bildirib.


Bazar ertəsi günü ənənəvi olaraq təşkil edilən BMT-nin tərksilah komissiyasının iclasında Dehqani bir daha İsrailə sahib olduğu nüvə arsenalı səbəbindən təziq edilməsini istəmiş və demişdir ki, nüvə silahsız Yaxın Şərq yaratmaq yolunda yeganə maneə məhz İsraildir.


İranlı diplomat daha sonra bildirib ki, İsrail rejiminin Nüvə Tərksilah Razılaşmasına qoşulması üçün ona təziq göstərilməli və nüvə obyektləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin təftişi altına verilməlidir.

Hər kəs tərəfindən bilindiyi kimi İsrailin nüvə arsenalı 200-400 arası nüvə başlıqlarından ibarətdir və rejim müfəttişlərin nüvə obyektlərində təftiş aparmasına imkan vermir və həmçinin Nüvə Tərksilahı Razılaşmasına qoşulmaqdan imtina edir.

O həmçinin BMT-nin İran prezidenti Həsən Ruhaninin keçən ilin dekabr ayında Dünya Zorakılıq və Ekstremizmə qarşı təklifi əsasında qəbul etdiyi qətnaməyə toxunmuş və bu planı bütün dünyanı nüvə silahından azad etmək üçün ən yaxşı vasitə olduğunu bildirmişdir.

2013-cü il 24 sentyabr tarixində prezident Ruhani Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 68-ci iclasında etdiyi çıxışı zamanı dünyanı zorakılıq və ekstremizmə qarşı səsləmişdir.

Keçən ilin 5 dekabr tarixində BMT Baş Assambleyası yekdilliklə prezident Runahinin təklif etdiyi tərksilah haqqında qətnamə qəbul etmişdir.


Story Code: 370890

News Link :
https://www.islamtimes.org/az/news/370890/yaxın-şərqin-təhlükəsizliyi-yolunda-yeganə-maneə-israildir

Islam Times
  https://www.islamtimes.org