QR CodeQR Code

Rusiyayönlü qüvvələr Donetskdə dövlət idarələrini keçirdi

13 Apr 2014 11:05

IslamTimes - Ukrayna mətbuatı yerli əhalinin onların hərəkətlərindən narazı olduğunu yazır.


Özlərini “Donetsk Xalq Respublikası”nın Slavyan batalyonunun döyüşçüləri adlandıran Rusiya yönümlü silahlı şəxslər Kramatorsk şəhər milis şöbəsini ələ keçiriblər. ANS PRESS-in məlumatına görə, inzibati binaya hücum zamanı silahlı şəxslər və milis əməkdaşları arasında atışma baş verib. İlkin məlumata görə, hücum edənlər Kramatorsk milis şöbəsini “Kalaşnikov” avtomatlarından və “Makarov” tipli tapançadan atəşə tutublar.
Atışma zamanı bir nəfər yaralanıb. Onun hansı düşərgənin nümayəndəsi olduğu hələlik məlum deyil. Krasnıy Liman rayonunda milis əməkdaşları şöbədə mövqe quraraq silahlıların hücumunu gözləyir.


Story Code: 372373

News Link :
https://www.islamtimes.org/az/news/372373/rusiyayönlü-qüvvələr-donetskdə-dövlət-idarələrini-keçirdi

Islam Times
  https://www.islamtimes.org