QR CodeQR Code

İsrail əl Əqsa Məscidi yaxınlığında yeni Yəhudi məbədi tikməyi planlaşdırır

İslamtimes , 13 Apr 2014 07:22

İslamtimes - İsrail rəsmiləri Şərqi Qüdsdə yerləşən əl Əqsa Məscidi yaxınlığında inşa edilməsi nəzərdə tutulan yeni Yəhudi məbədinin modelini nümayiş etdiriblər.


Fələstinli aktivistlər deyib ki, üçüncü Yəhudi məbədinin modeli böyük zalı var və hər gün həmin əraziyə yüzlərlə ziyarətçi gələ bilər.

İsrail rəsmiləri ümid edir ki, layihə hər ilə on minlərlə yerli və xarici turistləri özünə cəlb edə bilər.

Əl Əqsa İanə və Miras Fondu qeyd edərək bildirib ki, bu addım bir başa Məscidə qarşı təhlükədir.

Təşkilat əminliklə bildirib ki, layihədən məqsəd əl Əqsa ərazisini yəhudi məbədinə çevirmək üçün daha çox məbədlərin o ərazidə inşa edilməsidir.
Fələstinli qruplar artıq əl Əqsanın cənub qapısı yaxınlığında mövcud olan böyük ölçülü İsrailekskavatorlarının ərazidə yerləşdirilməsi haqqında xəbərdarlıq edib.

25 Fevral tarixində İsrail parlamenti Knesset əl Əqsa Məscid Kompleksinin yəhudi məbədə birləşdirilməsini nəzərdə tutan planı müzakirə etmişdilər.

İslam Əməkdaşlıq Təşkilatı bu müzakirəni təhlükəli addım kimi dəyərləndirmiş və bu planı İsrailin Yerusəlimi yəhudiləşdirmək hədəfinin tərkib hissəsi olduğunu bildirmişdir.

Fələstinlilər həmçinin İsrailin əl Əqsa Məscidinə “müstəqillik” vermək planları haqqında da xəbərdarlıq etmişdir.
İsrailin işğal etdiyi əl Qüdsün Qədim Şəhərində yerləşən əl Əqsa Kompleksi dünyanın mühüm tarixi ərazilərindən biridir. Yəhudilərdə Məbəd Dağı kimi tannin kompleks Yəhudiliyin ən müddəs ərazisi hesab edilir. Bu kompleks İslamın Səudiyyə Ərəbistanından yerləşən Məkkə və Mədinədən sonra üçüncü müqəddəs ərazisidir.


Story Code: 372543

News Link :
https://www.islamtimes.org/az/news/372543/israil-əl-əqsa-məscidi-yaxınlığında-yeni-yəhudi-məbədi-tikməyi-planlaşdırır

Islam Times
  https://www.islamtimes.org