QR CodeQR Code

Merkel Rusiyanı Ukrayna hakimiyyətinin legitimliyini tanımağa çağırdı

14 Apr 2014 08:24

IslamTimes - Almaniya kansleri Angela Merkel Moskvanı nəhayət, Ukraynanın yeni rəhbərliyi ilə danışıqlar stolu arxasında oturmağa çağırıb.


Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Bundestaqdakı müzakirələr zamanı Merkel Kremli həmçinin, Ukrayna böhranının yoluna qoyulmasında əməkdaşlıq üçün kifayət qədər hazırlıqlı olmamaqda qınayıb.
“Təəssüf ki, bir sıra aspektlərdə Rusiyanın gərginliyi azaltmağa meylli olmadığı aydın görünür”, - deyə o bildirib. Almaniya kansleri Moskvanı bir daha Ukraynanın yeni hökuməti ilə dialoqa çağırıb.
“Olduqca vacibdir ki, Ukrayna beynəlxalq danışıqlarda iştirak eləsin. Ukraynanın gələcəyi haqda qərarı müstəsna olaraq bu ölkənin vətəndaşları verməlidirlər. Ukraynalılar öz talelərini özləri həll eləməlidirlər” – Merkel deyib.


Story Code: 372555

News Link :
https://www.islamtimes.org/az/news/372555/merkel-rusiyanı-ukrayna-hakimiyyətinin-legitimliyini-tanımağa-çağırdı

Islam Times
  https://www.islamtimes.org