QR CodeQR Code

Sanksiyalara yeni adlar əlavə edildi

15 Apr 2014 07:52

IslamTimes - Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Ukraynadakı vəziyyətdə günahkar şəxslərə qarşı fərdi sanksiya siyahısını genişləndirəcəklər.


Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, bunu Lüksemburqun xarici işlər naziri Jan Asselborn bəyan edib. O, deyib ki, nazirlər eyni prinsipləri rəhbər tutacaqlar - viza qadağası və bank hesablarının dondurulması.
Jan Asselbornun sözlərinə görə, hələlik söhbət yalnız siyahının genişləndirilməsi barədə prinsipial qərardan gedir. Konkret adlar isə məlum deyil.
Aprelin 10-da Avropa Birliyinin sanksiya siyahısına 107 rusiyalının, o cümlədən, ölkənin bütün rəhbərliyinin, Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının və bir neçə jurnalistin adı əlavə edilib.


Story Code: 372938

News Link :
https://www.islamtimes.org/az/news/372938/sanksiyalara-yeni-adlar-əlavə-edildi

Islam Times
  https://www.islamtimes.org