QR CodeQR Code

Suriya müxalifət lideri İsrail ilə müttəfiqliyi tələb edib

İslamtimes , 14 Apr 2014 14:28

İslamtimes - Xaricdən dəstək alan Suriya müxalifətinin liderlərindən biri düşmən İsrail ilə müttəfiqlik tələb edib və deyib ki, prezident Bəşər Əsədi devirməyin yeganə yolu məhz İsrail rejimi ilə müttəfiq olmaqdır.


Əl Aləm televiziyasının verdiyi məlumata əsasən Suriya Milli Koalisiyası adlanan müxalifət qrupunun rəhbəri Kamal əl Labvani deyib ki, prezident Bəşər Əsədin devrilməsi İsrailin Suriyada mövcud olan əsas maraqlarından biridir.

O həmçinin iddia edərək bildirib ki, Suriyada müxalifət quruplarının güclənməsi müharibədən viran qalmış ölkədə fəaliyyət göstərən əl Qaidə terror şəbəkəsinə bağlı olan ekstremist üsyançı qrupların zəifləməsinə səbəb ola bilər.
Müxalifət lideri iki il əvvəl prezident Bəşər Əsədin əmri ilə həbsdən azad edilməmişdən əvvəl 10 il həbsxanada cəza çəkmişdir.

Əl Aləm kanalının verdiyi məlumata əsasən Labvani əvvəllər də İsrail rejimindən hərbi yardım almaq və İsrailin yardımı ilə cənubi Suriyada qeyri uçuş zonasının yaradılması müqabilində Colan Yüksəkliklərini Tel Əvivə verməyi təklif etmişdir.

O mart ayında əl Ərəb qəzetinə müsahibə zamanı demişdir: “Niyə biz Colan Yüksəkliklərini satmayaq, bir halda ki, bu Suriyanı itirməkdən daha yaxşıdır.”

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı ekstremist üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançılara dəstək verirlər.


Story Code: 373069

News Link :
https://www.islamtimes.org/az/news/373069/suriya-müxalifət-lideri-israil-ilə-müttəfiqliyi-tələb-edib

Islam Times
  https://www.islamtimes.org