ANS PRESS-in məlumatına görə, nazir Rusiya və AB-ni beynəlxalq hüquqlara hörmətlə yanaşmağa çağırıb. Bu barədə İspaniyanın EFE agentliyi məlumat verib. İspaniya xarici işlər idarəsinin rəhbəri qeyd edib ki, Rusiya AB-nin düşməni yox, tərəfdaşı olmalıdır. Bu bəyanatlar AB-nin 6 ölkəsinin xarici işlər nazirlərinin İspaniyanın Alikante şəhərində baş tutan görüşündə miqrasiya məsələlərinin müzakirəsi zamanı səsləndirilib. Qarsiya-Marqalyo həmdə Rusiyanı beynəlxalq hüquqlara hörmət etməyə çağırıb. O, Ukraynadakı vəziyyət haqqında narahatlığını da bildirib.