QR CodeQR Code

Türkiyə Milli Məclisində qalmaqal: Deputatlardan "arxa" etirazı

18 Apr 2014 11:28

IslamTimes - Parlamentdə müxalifət partiyası olan CHP-nin təmsilçisi Kamer Gençinin çıxışı zamanı digər həmkarları ona qarşı hörmətsizlik edib.


AzNews.az yerli mətbuata istinadən bildirir ki, parlamentdə müxalifət partiyası olan CHP-nin təmsilçisi Kamer Gençinin çıxışı zamanı digər həmkarları ona qarşı hörmətsizlik edib. Belə ki, Kamer Genç tribunada danışarkən deputatlar onun sözünü ciddiyə almayıb və etiraz olaraq, kimisi arxasını çevirib, kimisi telefonu ilə məşğul olub, kimisi də yerə baxıb. Hətta hakim partiyanın üzvü olan çox sayda deputat parlamentin salonunu tərk edib.
Milli Məclisdə baş verən bu hadisələrə səbəb isə Kamer Gençin hakim partiya olan AKP-nin sədr müavini Ayşenur Bahçekapılını təhqir etməsi olub. Deputat isə çıxışında sədr müavinini təhqir etmədiyini bildirib.Və elə parlamentdə xoşagəlməz hadisələr də bundan sonra başlayıb.


Story Code: 374098

News Link :
https://www.islamtimes.org/az/news/374098/türkiyə-milli-məclisində-qalmaqal-deputatlardan-arxa-etirazı

Islam Times
  https://www.islamtimes.org