QR CodeQR Code

Obama müharibə anonsu verdi

19 Apr 2014 07:35

IslamTimes - ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynadakı qeyri-sabit vəziyyətin aradan qaldırılmasında verdiyi sözə güvənmədiyini bildirib.


"Axar.az" xəbər verir ki, Obama keçmişdə Rusiyanın verdiyi sözə əməl etmədiyini, bu səbəbdən də sonrakı gedişatda narahatçılıq ola biləcəyinə işarə edib. Obama Cenevrədə əldə olunan razılaşmayla bağlı bunları deyib: "Bu mərhələdə heç bir şeydən əmin ola bilmərik. ABŞ və müttəfiqləri hər an hazırlıqlı olmalıdır". Ukraynada baş verən separatçılıq meyillərinin olmasında Rusiyanın əli olduğuna inandığını deyən Obama Rusiyanın bu hərəkətlərinin özü üçün də yaxşı olmadığını qeyd edib.


Story Code: 374345

News Link :
https://www.islamtimes.org/az/news/374345/obama-müharibə-anonsu-verdi

Islam Times
  https://www.islamtimes.org