QR CodeQR Code

“Facebook”dan Türkiyəyə qarşı daha bir şok addım

19 Apr 2014 10:20

IslamTimes - Dünyanın ən populyar sosial şəbəkə saytlarından biri hesab edilən "Facebook" Türkiyəyə qarşı daha bir səhv addım atıb.


ANS PRESS-in xəbərinə görə, "Facebook" sosial şəbəkə saytının Türkiyədəki istifadəçilərinin şirkətə qarşı etirazları hər gün daha artır. Çünki "Facebook" yenə şəhər kateqoriyasında səhvə yol verib. Belə ki, Şanlıurfalılar öz şəhərlərininin Əyyubiyə olaraq adlandırıldığını deyirlər. Əyyubiyə Şanlıurfanın mərkəz rayonlarından birinin adıdır və Şanlıurfa Böyükşəhər Bələdiyyəsini təşkil edən 3 mərkəz rayondan biridir.  Xatırladaq ki, "Facebook" dünən isə Van şəhərinin adını Tuşba kimi göstərmişdi. Artıq buna bənzər hallar bir neçə dəfədir ki, təkrarlanır.  /deyerler/


Story Code: 374400

News Link :
https://www.islamtimes.org/az/news/374400/facebook-dan-türkiyəyə-qarşı-daha-bir-şok-addım

Islam Times
  https://www.islamtimes.org