QR CodeQR Code

Lavrov və Kerri Ukraynadakı vəziyyəti müzakirə ediblər

19 Apr 2014 10:53

IslamTimes - ABŞ-ın Dövlət katibi Con Kerri və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, söhbət zamanı Ukraynada böhranın nizamlanmasına dair məsələlər müzakirə olunub.  S.Lavrov Ukraynanın Cenevrə razılaşmasına tezliklə və tam şəkildə əməl etməsinin vacibliyini vurğulayıb. Razılaşmaya görə, Ukrayna zor tətbiq etməkdən əl çəkməli, bütün siyasi qüvvələr və regionların iştirakı ilə yeni Konstitusiya ətrafında ümummilli dialoqa başlamalıdır.  S.Lavrov və C.Kerri Ukrayna ilə bağlı yaranmış vəziyyəti tənzimləmək məqsədilə birgə səyləri davam etdirmək niyyətində olduqlarını bildiriblər.  Telefon danışığı ABŞ-ın təşəbbüsü ilə baş tutub.


Story Code: 374408

News Link :
https://www.islamtimes.org/az/news/374408/lavrov-və-kerri-ukraynadakı-vəziyyəti-müzakirə-ediblər

Islam Times
  https://www.islamtimes.org