QR CodeQR Code

ABŞ Suriyaya qarşı müharibəyə rəhbərlik edir

İslamtimes , 17 Apr 2014 14:52

İslamtimes - Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad deyib ki, Suriyaya qarşı müharibə ABŞ və Yaxın Şərqdə mövucd olan bir sıra dövlətlər tərəfindən həyata keçirilir.


SANA xəbər agentliyinin verdiyi məlumata əsasən Miqdad çərşənbə günü müsahibəsi zamanı deyib ki, Səudiyyə Ərəbistanı, Türkiyə və İsrail rejimi Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən ekstremsit üsyançıları dəstəkləyirlər.
Suriya xarici işlər nazirinin müavini qeyd edərək bildirib ki, beynəlxalq ictimaiyyət artıq dərk edib ki, Suriya münaqişəsində ədalətli tərəf məhz Suriyanı və Suriya xalqını qoruyan Suriya hökumətidir, nəinki terrorçular.

O əlavə edərək deyib ki, İsrail rejimi həyasız şəkildə Dəməşq ətrafında yerləşən əraziləri bombarduman etdi və Suriya dövlətinə qarşı döyüşən ekstremsit terrorçular da İsrailə məxsus silah-sursatdan istifadə edirlər.
Miqdad izah edərək bildirib: “Suriyada mövcud olan xaricdən dəstək alan üsyançılar Səudiyyə Ərəbistanın milyonlarla dollar pulu ilə satın alınan cinayətkar və qaçaqmalçılardan başqa heç kəs deyillər.”
2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan ekstremist üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər. Qərb və bir sıra region dövlətlərinin dəstəklədiyi bu münaqişə nəticəsində Suriyada 150 mindən çox insan həlak olmuş və milyonlarla insan isə öz evindən didərgin düşmüşdür.
Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə Suriya hökumətinə qarşı döyüşən silahlı üsyançıları dəstəkləyirlər.


Story Code: 374529

News Link :
https://www.islamtimes.org/az/news/374529/abş-suriyaya-qarşı-müharibəyə-rəhbərlik-edir

Islam Times
  https://www.islamtimes.org