QR CodeQR Code

Suriyanın “öz övladları” Ərdoğanı kürəyindən bıçaqladı

İslamtimes , 18 Apr 2014 15:33

İslamtimes - Suriyalı müxaliflərin liderlərindən Əli Salim Əsəd BMT-nin Suriyada terrorçuları dəstəkləyən Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrə qarşı hərəkətə keçməsinin lazım olduğunu vurğuladı.


Fars Xəbər Agentliyinə danışan Suriyalı müxaliflərin liderlərindən Əli Salim Əsəd üç ildən bəri davam edən və heç bir sülh nəticələri əldə edilməyən Suriya böhranının həlli üçün BMT-nin Suriyada əli qanlı terroristlərə dəstək verən ölkələrə və xüsusilə Səudiyyə Ərəbistanı və Türkiyəyə təzyiq tətbiq etməsinin zəruriliyini qeyd etdi.

Əsəd BMT-nin bu ölkələrə təzyiq tətbiq edərək radikal terroristlərin Suriya torpaqlarına girmələrinə mane olmasının lazım olduğunu vurğuladı.
Suriyalı müxaliflərin meydana gətirdiyi milli vəhdət hərəkatı liderlərindən Əsəd bəzi bölgələrdə Suriya ordusu ilə terroristlərə qarşı mübarizə etdiklərini, ancaq bu vəziyyətin Bəşər Əsəd rəhbərliyini dəstəklədikləri mənasını vermədiyini ifadə etdi.
Baş nazir Ərdoğanın “Suriyanın öz övladları” dediyi müxaliflər tərəfindən edilən bu açıqlama Ərdoğanın kürəyindən vurulduğu şərhlərinə səbəb oldu.


Story Code: 374558

News Link :
https://www.islamtimes.org/az/news/374558/suriyanın-öz-övladları-ərdoğanı-kürəyindən-bıçaqladı

Islam Times
  https://www.islamtimes.org