0
Wednesday 7 May 2014 - 22:03

Fəthullah Gülən: Əməliyyat başladı ...

Story Code : 380251
Fəthullah Gülən: Əməliyyat başladı ...
Fəthullah Gülən: Əməliyyat başladı ...
Qrupa yaxın bəzi şəxslərlə toplanan din adamları həmsöhbətlərinə narahatlıqlarını çatdırdı. Mesaj ABŞ-da Gülənə də çatdırıldı. Ancaq Gülənin cavabı müsəlmanlarla əlaqədar həssaslığını (!) gözlər önünə sərdi: “Əməliyyat artıq başladı, dərman müalicəsinə dönə bilmərik!”

“Yeni Şafak” qəzetinin xəbərinə görə, 17-25 dekabr hadisələrindən sonra Gülən qrupuna bağlı yayım orqanlarında davam etdirilən qaralama kampaniyasının artıq İslami bütün kəsimlərinə zərər verəcək hala gəlməsi bir qrup ilahiyatçını hərəkətə keçirdi. Müsəlmanlar arasındakı ayrı-seçkiliyi qızışdıran yadlaşdırıcı rəftardan narahat olan din adamlarının Gülən qrupuna yaxın şəxslərlə görüşərək onlara müxtəlif xəbərdarlıqlar etdikləri bildirildi. ABŞ-ın Pensilvaniya şəhərində yaşayan Fəthullah Gülənə yaxın ilahiyyatçı Prof. Suat Yıldırım və biznesmen Mustafa Kavurmacının da aralarında olduğu çox sayıda şəxslə görüşən din adamları həmsöhbətlərinə “Bu proses bütün İslami qruplara zərər verməyə başladı” mesajını verdi.

Yaxşı niyyətə sərt reaksiya verildi
Əldə edilən məlumata görə, sağlam fikirli din adamlarının həmsöhbətləri də “bu düşüncəyə qatıldıqlarını, eyni fikirdə olduqlarını” bəyan etdi. Yıldırım ilə Kavurmacı günahsız insanların zərər görməməsi üçün davam etdirilən bu oyunların bitməsinin zəruriliyini ifadə etdi.

Əldə olunan nəticə Pensilvanyaya çatdırıldı
Din adamlarının sağlam fikirli yanaşmalarından məmnun olduqlarını ifadə edən Prof. Suat Yıldırım ilə Mustafa Kavurmacının mövzunu Pensilvanyaya - Fəthullah Gülənə bildirdikləri qeyd olundu. 17 dekabr sonrasındakı qarğış seansı ilə bütün izləyənləri şoka salan Gülən müsəlman QHT və camaatların İslama xidmət yolunda zərərə uğramaması üçün etdiyi bu yaxşı niyyətli yanaşmaya belə sərt sözlərlə reaksiya verdi: “Əməliyyat artıq başlamışdı, dərman müalicəsinə dönə bilmərik!”

Aman kimsə eşitməsin!
Paralel quruluşa qarşı dövlət təşkilatlarında başladılan təmizləmə əməliyyatları davam edərkən cəmiyyətdə meydana gəlmiş dərin yaranı sarımaq üçün sağlam fikirli bir cəhdə imza atan din adamlarının yaxşı niyyəti “Pensilvaniya divarına çırpıldı. Fəthullah Gülən ona mesaj aparan Prof. Suat Yıldırım ilə biznesmen Mustafa Kavurmacının xəbərdarlıqlarını dinləməyərək “əməliyyat cərrahlığına” başladı. Qrupun üst səviyyə mənsublarından belə gizlədildiyi öyrənilən görüşdə Gülən İslami həssaslıqların qorunması üçün edilən yaxşı niyyət mesajlarına qulaqlarını tıxayıb “Əməliyyat artıq başladı, dərman müalicəsinə dönə bilmərik” dedi. Gülənin İslami həssaslıq güdməyən bu yanaşmasının cəmiyyət içərisində bilinməsinin “hərəkat içində narahatlıqları artıracağından” qorxduğu üçün yığıncağın bir sirr kimi saxlandığı qeyd olunur.

Baş nazir xəyanətin adını qoymuşdu
Baş nazir Ərdoğan 30 mart seçkilərdən əvvəl etdiyi mitinqlərdə Türkiyəyə qarşı beynəlxalq ölçüləri da olan çirkli bir kampaniyanın davam etdirildiyini bildirmiş və bunu “əməliyyat” olaraq qeyd etmişdi. Ərdoğan dərin güclərin yerli əlaltıları tərəfindən idarə olunan paralel quruluşun “korrupsiya” örtüklü əməliyyatlarına bağlı “Bu hiylə və tələlər həll prosesini sabotaj etmək üçündür. Bu oyun Türkiyənin söz söyləyən, böyüyən və dinlənilən müstəqillik siyasətinə qarşı Türkiyəni yeni bir istiqamətə yönəltmə səyidir. Bu xəyanətin cəzasını verəcəyik. Heç bir qaranlıq mərkəz mənim ölkəmdə əməliyyat keçirə bilməz” ifadələrini istifadə etmişdi.
Source : Islamtimes
Comment