0
Thursday 8 May 2014 - 23:25

İsrail İran nüvə razılaşması səbəbindən qəzəblənib

Story Code : 380956
İsrail İran nüvə razılaşması səbəbindən qəzəblənib
İsrail İran nüvə razılaşması səbəbindən qəzəblənib
Çərşənbə günü Reuters-ə müsahibə verən İsrail rejiminin müşaviri Tehran nüvə enerji proqramı üzərində İran və 6 dünya dövlətinin son razılığı əldə etməsinin mümkünlüynə toxunaraq deyib: “Biz 20 iyul tarixini heç bir razılşma əldə edilmədən keçməsini arzulayırıq.”
ABŞ Milli Təhlükəsizlik Müşaviri Suzan Raysın Tel Əvivə səfəri zamanı İsrail rəsmisi deyib ki, rejim hər hansı bir razılıq olarsa olsun o razılıqda İranın uranı zənginləşdirməsi qadağan edilməlidir.

İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Rusiya, Fransa, Çin, Britaniya və üstəgəl Almaniya arasında 2013-cü il 24 noyabr tarixində on illərdən bəri ölkənin nüvə enerji proqramı üzərində yaranan mübahisəyə son qoymaq üçün Cenevrədə müvəqqəti razılıq əldə edildi. Bu razılıq 20 yanvar tarixindən etibarən qüvvəyə mindi.

Bazar ertəsi günü İran xarici işlər naziri Muhəmməd Cavad Zərif deyib ki, Tehran altı aylıq razılşmanın sona çatmasına yaxın bir vaxtda son razılığı əldə edəcək və bu da ki, əlbəttə Qərbin xoş məram və niyyətindən asılıdır.

İsrail lobbisi Tehranın nüvə silahı əldə etmək istəyini iddia edərək dünya gücləri ilə İran arasında əldə edilmək üzrə olan son razılığa qarşı təxribat həyata keçirmək istəyir.
Tel Əviv İranın bütün nüvə fəaliyyətini dayandırmasını tələb edir.
İran dəfələrlə vurğulayaraq bildirib ki, nüvə enerji proqramından məqsəd sadəcə dinc məqsədlər üçündür.

İsrailin İrana qarşı bu iddiası Tel Əviv rejiminin 200 və 400 arası nüvə başlığına sahib olduğu və beynəlxalq müfəttişlərin ölkənin nüvə obyektlərində təftiş aparmasına icazə vermədiyi bir vaxt gəldi.
Source : Islamtimes
Comment