QR CodeQR Code

Taner Yıldız: Digər şaxtaçıların xilas olmalarına ümid getdikcə azalır

14 May 2014 12:56

IslamTimes - Digər şaxtaçıların xilas olmalarına ümid getdikcə azalır. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.


 Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "TRT Naber" telekanalı yayıb.  Nazir onu da bildirib ki, yerin altında yanğın hələ də davam edir.  T.Yıldız bəyan edib ki, şaxtaçıların xilas edilməsi üçün sona qədər mübarizə aparacaqlar.  Qeyd edək ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" yayıb.  Nazir qeyd edib ki, qəza vaxtı şaxtada 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.  Daha əvvəl 166 nəfərin öldüyü bildirilirdi. Onların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki partlayış növbə dəyişikliyi zamanı baş verib.
 
Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində, yerin təxminən 2 km dərinliyində baş verib.  İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.  Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.


Story Code: 382323

News Link :
https://www.islamtimes.org/az/news/382323/taner-yıldız-digər-şaxtaçıların-xilas-olmalarına-ümid-getdikcə-azalır

Islam Times
  https://www.islamtimes.org