QR CodeQR Code

Müxaliflər polisi ata bağlayıb sürüdülər

5 Jun 2014 10:20

IslamTimes - Qırğızıstanda bir qrup atlı polisi ata bağlayaraq yerdə sürüyüblər.


ANS PRESS “K-News” saytına istinadən xəbər verir ki, Qırğızıstanda həbsdə olan müxalifətçi Ahmetbek Keldibekovun tərəfdarları magistral yolu bağlayaraq aksiya keçiriblər.
Yolu bağlayan aksiyaçılarla söhbət etməyə çalışan polis isə bir qrup qara maskalı atlının hücumuna məruz qalıb. Əvvəl polisi döyən maskalılar daha sonra onu ata bağlayaraq təxminən 40 metrə qədər sürüyüblər.
Faktla bağlı cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb.
Polisin isə xəstəxanada olduğu, vəziyyətinin ağır olduğu bildirilir.


Story Code: 389261

News Link :
https://www.islamtimes.org/az/news/389261/müxaliflər-polisi-ata-bağlayıb-sürüdülər

Islam Times
  https://www.islamtimes.org