QR CodeQR Code

DÇ-2014 ilk iki qrupun taleyi bəlli oldu

24 Jun 2014 10:03

IslamTimes - DÇ-2014 1/8 finalında Braziliya - Çili ilə, Hollandiya - Meksika ilə üzləşəcək.


Braziliyada keçirilən futbol üzrə 2014-cü il dünya çempionatında ilk iki qrupun oyunları sona çatıb. Belə ki, "A qrupu"nda mübarizə aparan Braziliya qrup mərhələsindəki 3-cü oyununda Kameronla üzləşib. Braziliya Neymarın (17 və 34-cü dəqiqə) vurduğu iki qol, Fred (49-cu dəqiqə) və Fernandiniyonun (84-cü dəqiqə) vurduğu bir qolla rəqibini 4-1 hesabı ilə məğlub edib. Kameronun yeganə qolunu 26-cı dəqiqədə J. Matip Braziliyanın qapısından keçirib.

"A qrupu"nun digər iki matçı isə Xorvatiya və Meksika arasında baş tutub. Bu oyun da Meksikanın 3-1 qələbəsi ilə başa çatıb.

"B qrupu"nda isə oyunlar lideri təyin etmək üçün keçirilib. Belə ki, daha öncə final mərhələsinə vəsiqə qazanmış Hollandiya və Çili üz-üzə gəliblər. Görüş Hollandiyanın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları L. Fer (77-ci dəqiqə) və M. Depay (92-ci dəqiqə) qapıdan keçirib.

"B qrupu"nun digər matçı Avstraliya ilə 2010-ci dünya çempionu İspaniya arasında baş tutub. Bu oyun da çempionatla daha öncə vidalaşan İspaniyanın 3-0 qələbəsi ilə başa çatıb. İspaniyanın qollarını D. Villa, F. Torres və J. Mata vurub.

A və B qrupundakı son durum:


Story Code: 394587

News Link :
https://www.islamtimes.org/az/news/394587/dç-2014-ilk-iki-qrupun-taleyi-bəlli-oldu

Islam Times
  https://www.islamtimes.org