QR CodeQR Code

Əfqan ordusu “Taliban”ın hücumunu dəf edib, 260 silahlı öldürülüb

29 Jun 2014 12:32

IslamTimes - Əfqanıstanın Gilmənd əyalətində təhlükəsizlik qüvvələri “Taliban” hərəkatının döyüşçülərinin hücumunu dəf edib, 260 silahlı öldürülüb.


APA-nın məlumatına görə, taliblərin həmləsi iyunun 26-dan başlayıb – onlar nəzarət-buraxılış məntəqələrinə və inzibati binalara hücum ediblər. Hücumda 800-dək silahlı iştirak edib.
“Talibanın hücumu dəf edilib, onların əraziləri ələ keçirmək planı tamamilə pozulub”, deyə DİN nümayəndəsi Seddik Seddiki bildirib. Onun sözlərinə görə, döyüşlərdə 28 əfqan hərbçisi həlak olub.  


Story Code: 396060

News Link :
https://www.islamtimes.org/az/news/396060/əfqan-ordusu-taliban-ın-hücumunu-dəf-edib-260-silahlı-öldürülüb

Islam Times
  https://www.islamtimes.org