QR CodeQR Code

İŞİD Türkiyə sərhədində müharibə aparır

3 Jul 2014 12:24

IslamTimes - Suriyanın Türkiyə sərhədindəki Cərablus qəsəbəsi və Kobani bölgəsində İŞİD ilə kürd qüvvələr arasında qarşıdurmalar baş verib.


ANS PRESS-in məlumatına görə, Suriyanın Hələb şəhərində yerləşən Cərablus qəsəbəsi və Kobani bölgəsində İŞİD silahlıları ilə Qərbi Kürdüstan Qüvvələri olaraq tanınan YPG qüvvələri arasında qarşılıqlı atışma olub.
 
Bölgədəki "Əl-Cəzirə" bürosu bildirib ki, gün ərzində davam edən döyüşlərdə 20 nəfərdən çox YPG silahlısı öldürülüb. Bəzi kürd mənbələri isə İŞİD-in də 30-dan çox itki verdiyini yazıb.
 
Qeyd edək ki, YPG silahlıları PKK-nın Türkiyə qolu olaraq tanınır.


Story Code: 397059

News Link :
https://www.islamtimes.org/az/news/397059/işid-türkiyə-sərhədində-müharibə-aparır

Islam Times
  https://www.islamtimes.org