QR CodeQR Code

Əfqanıstanda keçirilən prezident seçkilərində Əşrəf Qəni Əhmədzay qalib gəlib

8 Jul 2014 10:09

IslamTimes - Əfqanıstanda keçirilən prezident seçkilərində sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzay qalib gəlib.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, Əhmədzay 56,44% toplayıb.
Onun yeganə rəqibi, Əfqanıstanın keçmiş xarici işlər naziri Abdulla Abdulla  43,56% səslə ikinci olub.
Əfqanıstanda ikinci tur prezident seçkiləri iyunun 14-də baş tutub. Aprelin 5-də keçirilən ilk turda Abdulla 44,9%, Əhmədzay isə 31,5% səs toplamışdı. Seçkilərin yekun nəticələri iyulun 22-də elan ediləcək. 


Story Code: 398020

News Link :
https://www.islamtimes.org/az/news/398020/əfqanıstanda-keçirilən-prezident-seçkilərində-əşrəf-qəni-əhmədzay-qalib-gəlib

Islam Times
  https://www.islamtimes.org