QR CodeQR Code

Ruhullah Axundzadənin vəkili Mədət Quliyevə müraciət edib

Hicab.org , 10 Jul 2014 23:30

İslamtimes - Məhbus islamçı Ruhullah Axundzadənin səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin rəisi Mədət Quliyevə məktubla müraciət edilib.


Vəkil Anar Qasımlı “Media forum” saytına deyib ki, ruhani ürək xəstəliyindən əziyyət çəkdiyinə görə müalicə müəssisəsinə köçürülməsini istəyir.

Ruhullah Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.

Ruhullah Axundzadə cəzasını 15 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.


Story Code: 398725

News Link :
https://www.islamtimes.org/az/news/398725/ruhullah-axundzadənin-vəkili-mədət-quliyevə-müraciət-edib

Islam Times
  https://www.islamtimes.org