QR CodeQR Code

Azərbaycan Ordusu zabitini itirib

16 Jul 2014 11:51

IslamTimes - Azərbaycan Ordusunun leytenantı bədbəxt hadisə nəticəsində ölüb.


APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin zabiti, leytenant Vüsal Arif oğlu Qurbanov meşədə odun tədarükü görərkən odun parçasının başına dəyməsi nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya zabitin bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, V.Qurbanov Babək rayonundan xidmətə çağırılıb.


Story Code: 399752

News Link :
https://www.islamtimes.org/az/news/399752/azərbaycan-ordusu-zabitini-itirib

Islam Times
  https://www.islamtimes.org