QR CodeQR Code

Bu gün Bəşər Əsəd and içəcək

16 Jul 2014 12:26

IslamTimes - İyulun 16-sı B. Əsədin andiçmə mərasimi keçiriləcək. Suriyada üçüncü müddətə prezident seçilən B.Əsəd öz səlahiyyətlərinin icrasına başlayır.


Məlum olduğu kimi, iyunun 3-də Suriyada keçirilən prezident seçkilərində Bəşər Əsəd 88,7% səslə qalib gəlib. Suriyadakı terroristləri himayə edən ABŞ və Avropa Birliyi isə seçkiləri qeyri-legitim sayıb.
2014-cü ilin martında Suriya parlamenti ölkə tarixində ilk dəfə olaraq  bir neçə nəfərin prezidentliyə namizəd olmasına imkan verən qanun layihəsini təsdiqləyib. Nəticədə Bəşər Əsədlə prezident postu uğrunda solçu deputat Mahir Abdul və  sabiq nazir, iş adamı Həsən ən-Nuri mübarizə aparıblar.
Bundan əvvəl Bəşər Əsəd iki dəfə, 2000 və 2007-ci illərdə ümumxalq referendumun nəticələrinə görə prezident postunu tutub. Bəşər Əsədin inauqurasiya mərasimində geniş çıxışı nəzərdə tutulub. APA


Story Code: 399771

News Link :
https://www.islamtimes.org/az/news/399771/bu-gün-bəşər-əsəd-and-içəcək

Islam Times
  https://www.islamtimes.org