QR CodeQR Code

İslam Rəhbəri: İsrail müsəlmanların səssizliyindən Qəzzaya qarşı istifadə edir

Islamtimes , 16 Jul 2014 22:19

İslamtimes - İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei deyib ki, İsrail İslam dünyasının Qəzzada baş verənlərə qarşı laqeyd yanaşmasından istifadə edərək öz cinayətlərini davam etdirir.


Bazar ertəsi günü Tehranda prezident Həsən Ruhani və kabinet üzvləri ilə görüşdə çıxış edən Ayətullah Xamenei deyib ki, Qəzzada baş verənlər həqiqətən də çox dəhşətlidir.

İslam Rəhbəri əlavə edərək deyib ki, İsrailin Qəzzada həyata keçirdiyi qırğın gərək İslam dövlətlərini və xalqlarını ayılda və onların müxtəliflikləri qırağa qoyaraq vəhdət yaratmasına səbəb ola.

Ayətullah Xamenei həmçinin İran prezidenti və hökumətin Qəzzada baş verən hadisələrə, məxsusən də qadın və uşaqlar da daxil olmaqla fələstinlilərin qətlə yetirilməsinə görə nümayiş etdirdiyi mövqeni alqışlayıb.

Şənbə günü prezident Ruhani İran xarici işlər naziri Muhəmməd Cavad Zərifə tapşırıq verərək Qoşulmayanlar Hərəkatının bütün potensialından istifadə edərək İsrailin Qəzzaya qarşı təcavüzünün qarşısını almağa səsləyib.


Story Code: 399859

News Link :
https://www.islamtimes.org/az/news/399859/islam-rəhbəri-israil-müsəlmanların-səssizliyindən-qəzzaya-qarşı-istifadə-edir

Islam Times
  https://www.islamtimes.org