QR CodeQR Code

İsrail tərəfindən qətlə yetirilən qəzzalıların 30%-i qadın və uşaqlardır

Islamtimes , 16 Jul 2014 22:28

İslamtimes - Hesabata əsasən işğalçı Sionist İsrail rejiminin mühasirə şəraitində olan Qəzzaya qarşı təcavüzü nəticəsində həlak olan insanların 30%-i qadın və uşaqlardan ibarətdir.


Bu məlumat çərşənbə axşamı günü Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl Qidranın mətbuata təqdim etdiyi hesabat nəticəsində məlum olub.

İsrailin Qəzzaya qarşı yeni təcavüzü nəticəsində təxminən 200 nəfər insan qətlə yetirilmiş və 1400 nəfərdən çox insan isə yaralanmışdır.

Ölüm sayı İsrailin 2012-ci ildə Qəzzaya etdiyi təcavüz zamanı qətlə yetirilənlərin sayını artıq keçib.

İsrail hərbi təyyarələri 8 iyul tarixindən etibarən mühasirə şəraitində olan Qəzza Zolağına amansız hücumlar həyata keçirir.

Fələstin müqavimət hərəkatı Həmasın hərbi qanadı olan İzəddin əl Qəssam Briqadası İsrailin təcavüznə cavab olaraq raket hücumları həyata keçirib.


Story Code: 399862

News Link :
https://www.islamtimes.org/az/news/399862/israil-tərəfindən-qətlə-yetirilən-qəzzalıların-30-i-qadın-və-uşaqlardır

Islam Times
  https://www.islamtimes.org