QR CodeQR Code

İsrailə etiraz dalğası genişlənir

18 Jul 2014 11:42

IslamTimes - Braziliya, Türkiyə və Fransa sionist rejimin Qəzzaya qarşı quru əməliyyatlarına başlamasını pisləyir


Braziliya hökuməti İsrail rejiminin Qəzzaya qarşı başladığı quru əməliyyatlarını sərt sözlərlə tənqid etdi. Bölgədə artan zorakılıq və gərginliyə görə narahatlıq ifadə edilir.
Sionist rejimin quru əməliyyatlarına başlamasına digər ilk etirazlar Fransa və Türkiyədən  gəlib. Türkiyə əməliyyatlarla əlaqədar narahatlığını bildirib. Türkiyə XİN-nin əməliyyat xəbərinin yayılmasından dərhal sonra etdiyi açıqlamada deyilir: "İsrailin Qəzzaya quru əməliyyatlarına başlamasından narahatıq".  
Fransa XİN-dən edilən açıqlamada isə əməliyyatların narahatlıqla qarşılandığı ifadə edilir, İsrail rejiminə düşünərək hərəkət etmə çağırışı edilir.  /Deyerler/


Story Code: 400149

News Link :
https://www.islamtimes.org/az/news/400149/israilə-etiraz-dalğası-genişlənir

Islam Times
  https://www.islamtimes.org