QR CodeQR Code

İŞİD xristianlara vaxt qoydu

19 Jul 2014 14:16

IslamTimes - "Ya İŞİD-i qəbul edin, ya da bizimlə düşmənə qarşı döyüşün"


İraq Şam İslam Dövləti (IŞİD) terrorçu qruplaşmanın liderliyindəki silahlı qruplar xristianların Mosulu tərk etməsi üçün vaxt qoyub.
ANS PRESS-in məlumatına görə, İŞİD dünən bəyanat yayaraq Mosuldakı xristian cəmiyyətinə xəbərdarlıq edib. "Ramazanın 21-ci günü (bu gün) Mosulu tərk edin ya da bizə bağlılığınızı göstərin".
Xristianların Mosulda qalması üçün bəzi şərtləri yerinə yetirmələrini istəyən İŞİD-ın istəkləri insanları heyrətləndirib: "Ya müsəlman olun, İŞİD-i qəbul edin və verginizi ödəyin, ya da bizimlə düşmənə qarşı döyüşün".
Qeyd edək ki, Mosuldakı xristian əhalisinin 3-5 min arasında olduğu təxmin edilir. İŞİD-in şəhəri ələ keçirməsindən sonra bir çox xristian Mosulu tərk edərək Ərbilə sığınıb.


Story Code: 400330

News Link :
https://www.islamtimes.org/az/news/400330/işid-xristianlara-vaxt-qoydu

Islam Times
  https://www.islamtimes.org