QR CodeQR Code

Rəsmi Vaşinqton Ərdoğana təxribatçı dedi

19 Jul 2014 16:19

IslamTimes - ABŞ Xarici işlər nazirliyi sözcüsü baş naziri Ərdoğanın İsraili tənqid edən sözlərini, "incidici və yanlış" olaraq xarakterizə edib.


ABŞ Xarici işlər nazirliyi sözcüsü Cen Psaki gündəlik mətbuat konfransında jurnalistin, "Baş nazir Ərdoğan Qəzzadakı vəziyyətə bağlı danışarkən İsrailin Qəzzada dövlət terroru və soyqırım tətbiq etdiyini söylədi. Bu mövzudakı fikriniz nədir?" istiqamətindəki sualını, "(Ərdoğanın) Şərhlərinin qətiliklə incidici və yanlış olduğunu düşünürük. Belə təxribat yönlü ifadələrin faydası yoxdur və atəşkəsin təmin edilməsinə istiqamətindən uzaqdır" deyə cavablandırıb.
 
ANS PRESS-in məlumatına görə, Türkiyə də daxil olmaq üzrə bölgədəki bütün ölkələrə Misirin atəşkəs təklifini dəstəkləməklərinin daha düzgün olacağını bildirən Psaki "Deyilən sözlər və ya hərəkətlərlə bağlı şübhəmiz olduğu təqdirdə hətta bir NATO müttəfiqi olmağına baxmayaraq baxışımızı dilə gətirməkdə heç bir tərəddüd etmirik" deyə bildirdi.
 
Daha sonra Baş nazir Ərdoğanın İsrailin Qəzzaya istiqamətli hücumları ilə bağlı "Yeni bir səlib yürüşü ilə qarşı-qarşıyayıq" sözlərini xatırladaraq jurnalistin "ABŞ İslama qarşı bu səlib yürüşündə rol oynayırmı?" sualına ABŞ-nin belə bir marağının olmadığını dedi.
 
Psaki ABŞ olaraq Türkiyəni Həmas üzərində təsirindən atəşkəs yönündə istifadə etməsini istəyirik deyə fikrini tamamladı.


Story Code: 400335

News Link :
https://www.islamtimes.org/az/news/400335/rəsmi-vaşinqton-ərdoğana-təxribatçı-dedi

Islam Times
  https://www.islamtimes.org