QR CodeQR Code

Con Kerri və Sergey Lavrov arasında telefon danışığı olub

20 Jul 2014 12:48

IslamTimes - ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.


ANS PRESS-in məlumatına görə, tərəflər Ukraynada baş verən son hadisələri müzakirə edib.
Kerri bildirib ki, Rusiya Ukraynadakı gərginliyin azaldılması üçün konkret və təcili addımlar atmalıdır.
Onun sözlərinə görə, rəsmi Moskva Ukraynada döyüşən rusiyapərəst qüvvələrə silah göndərməsini dayandırmalı, əsir düşən Ukrayna hərbçilərini sərbəst buraxmalı və bölgədə sülhə nail olmaq üçün Ukrayna hökuməti ilə təcili danışıqlara başlamalıdır.
Kerri həmçinin bildirib ki, Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğrayaraq düşdüyü ərazidə ATƏT müşahidəçilərinnin fəaliyyətinə heç bir maneə törədilməməlidir
Con Kerri və Sergey Lavrov Qəzza sektorunda baş verən son hadisələri də müzkirə edib.


Story Code: 400494

News Link :
https://www.islamtimes.org/az/news/400494/con-kerri-və-sergey-lavrov-arasında-telefon-danışığı-olub

Islam Times
  https://www.islamtimes.org