QR CodeQR Code

"13 sionist hərbçisi məhv edilib"

21 Jul 2014 02:40

IslamTimes - “13 hərbçi itirmişik, 2-si ABŞ vətəndaşıdır: Müharibə Livan müharibəsindən də ağırdır”


"Deyerler.org"un Yaxın Şərq mənbələrinə istinadən verdiyi xəbərə görə, HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qassam İsrail rejiminin əsgərlərini 2 dəfə pusquya salıblar. Nəticədə 11 sionist əsgəri məhv edilib, xeyli sayda sionist əsgəri də yaralanıb.
İsrail rejiminin mətbuatı artıq ötən gün ərzində Qəzzada 13 İsrail rejimi hərbçisinin öldürüldüyünü təsdiqləyib. “MigNyus” saytının verdiyi xəbərə görə, bir gün ərzində Qəzzada 13 İsrail rejimi hərbçisi öldürülüb.
Sionist ordusunun komandirləri isə açıqlamalarında bildiriblər ki, bu müharibə Livan müharibəsindən də ağırdır. Belə ki, həmin müharibədə belə İsrail rejimi bir gündə 13 hərbçisini itirməmişdi.
Bu arada İsrail rejiminin cinayətkar ordu rəhbərliyi olan TSAXAL Qəzzada bu gün öldürülən 2 sionist hərbçisinin ABŞ vətəndaşları olduğunu bəyan edib


Story Code: 400609

News Link :
https://www.islamtimes.org/az/news/400609/13-sionist-hərbçisi-məhv-edilib

Islam Times
  https://www.islamtimes.org